Baş ofisi Azərbaycanda, Bakı şəhərində yerləşən Alliance Logistics regionda yük nəqliyyatı üzrə iri layihələri həyata keçirən logistika şirkətidir. Dəmir və dəniz yolları üzərindən daşımalarda ixtisaslaşan şirkətimiz 2018-ci ilin avqust ayından yükdaşıma proseslərində iştirak etmiş, 2018-ci ilin noyabr ayından isə aktiv fəaliyyətə başlamışdır. Hazırda portfoliomuza 250-dən çox şirkət daxildir.

Davamlı inkişaf prinsipi Alliance Logistics şirkətinin əsasını təşkil edir. 200 nəfərə yaxın əməkdaşı olan şirkətimiz mütəmadi olaraq nəqliyyat imkanlarını təhlil edərək effektiv təchizat zəncirləri qurur. Yüksək xidmət keyfiyyətini qorumaq üçün biz ən son texnologiyalar və müasir standartlara cavab verən avadanlıqlardan istifadə edirik. Geniş və etibarlı tərəfdaşlar şəbəkəmizdən yararlanaraq müştərilərimizə daima rəqiblərindən üstün olmağa kömək edirik.
Alliance Logistics-ın heyəti logistika, dəmir yolu nəqliyyatı və data analitikası sahəsində yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir. Təcrübəli logistika mütəxəssislərimiz yüklərin daşınması və idarə edilməsi üçün qabaqcıl və daha sərfəli üsullar tətbiq edirlər. Microsoft tərəfindən sertifikatlaşdırılmış Data üzrə mütəxəssislərimiz regionda nəqliyyat tendensiyalarını təhlil edir və layihənin daha səmərəli idarə edilməsi üçün logistika proseslərini optimallaşdırır.
Tranzit
İdxal
İxrac
Daxili daşımalar