AZ

EN RU

Ana səhifə

Nəqliyyat dəhlizləri

Şərq-Qərb Nəqliyyat Dəhlizi

Şərq-Qərb Nəqliyyat Dəhlizi və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Avropanı Asiya ilə birləşdirərək, tarixi Böyük İpək Yolunun dirçəlişi rolunu oynayır. Bu layihə Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yükdaşıma həcminin artırılması üçün nəzərdə tutulub.

Sadələşdirilmiş inzibati prosedurlar və nəqliyyat prosesində təkmilləşdirilmiş texnologiyalar sayəsində Şərq-Qərb Nəqliyyat Dəhlizi müxtəlif ölkələrin şirkətləri üçün maksimum effektivliyi təmin edir.

2016-cı ilin aprel ayında Azərbaycanın Bakı şəhərində marşrutun idarə edilməsi və inkişafı ilə məşğul olan Beynəlxalq Trans-Xəzər Nəqliyyat Konsorsiumunun yaradılması haqqında saziş imzalanmışdır.

TXBNM ilə hərəkət edərək, “Nomad Ekspress” blok qatarı Çindən Avropaya yükləri orta hesabla 10-12 günə çatdırır, bu da öz növbəsində alternativ marşrutlardan daha sürətlidir.

Layihənin adı – “Nomad Express”.

Nəqliyyat dəhlizi növbəti marşrut üzrə hərəkət edir: Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə və/və yaxud Qara dəniz – Avropa.

Son bloq yazıları

March 16, 2023

Süni İntellekt Logistika Sənayesini Necə Dəyişir?

Sənayenin əksər sahələri, o cümlədən logistika, süni intellekt (AI) kimi yeni texnologiyaların inkişafı ilə transformasiya olunub. Avtonom nəqliyyat vasitələri, anbarların avtomatlaşdırılması, proqnozlaşdırıcı analitika və ağıllı yollar bu gün artıq normaya çevrilən texnologiyalara misaldır.

Şirkətlər istehsal və çatdırılmanı təkmilləşdirmək üçün machine learning dəyərini və süni intellekt satıcılarının təcrübəsindən istifadə etməyin faydalarını dərk etməyə başlayır.

Logistika sənayesində süni intellektin tətbiqinin üstünlükləri haqqında faydalı məlumatları təhlil edib paylaşmaq qərarına gəldik.

Əslində, süni intellekt sisteminin qurulması insani keyfiyyətləri və qabiliyyətləri maşınlara daşımaq və öz imkanlarını aşmaq məqsədi ilə onların üstün hesablama imkanlarından istifadə etmək kimi əziyyətli bir prosesdir.

Logistika sahəsinin transformasiyasında süni intellektin rolu nədir? Və bu dəyişikliklərin müsbət tərəfləri hansıdır? Süni intellektin logistikaya müstəsna təsirini sübut etmək üçün yetərli əsaslar təqdim etmək olar.

1. Süni intellekt logistikada Big Data-nın potensialını aşkar edir

Big Data-nın imkanlarından faydalanaraq, logistika şirkətləri dəqiq proqnozlara əsaslanıb fəaliyyətlərinin səmərəliliyini artıra bilərlər. Bundan da savayı konkret biznes prossesini sadəcə təkmilləşdirmək yox, ümumi görüntünü əldə edib eyni zamanda bir neçə məsələləri həll etmək imkanı yaranır.

2. Logistika sayəsində robotlaşma daha da aktuallaşır

Süni intellekt anbar əməliyyatlarının idarəetməsinə müsbət təsir göstərir. Robotlar malları müəyyən edə, hərəkət etdirə, çeşidləyə və izləyə, bugünkü işçi qüvvəsini gücləndirə bilər. Anbar əməliyyatlarında robotlardan istifadə insan amilinin mənfi təsirini azaltmaqla şirkətin məhsuldarlığını, logistika sahəsində təhlükəsizlik səviyyəsini yüksəldə, əməliyyat xərclərini azalda bilər.

3. Tələbatın daha yaxşı proqnozlaşdırılması

İstehlak materiallarına olan gələcək ehtiyacları proqnozlaşdırmaq uğurlu biznes üçün çox vacibdir. Əgər şirkətiniz dəqiq proqnozlar yarada bilmirsə və mövcud malların miqdarı yüksək tələbata cavab vermirsə, ehtiyatların tükənmə və gəlir itirmə riski ilə üzləşmə ehtimalı artır. Təbii ki, hər bir sahibkar bundan qaçmağa çalışır, çünki əks halda o, sadəcə olaraq müştərilərinin ehtiyaclarını ödəyə bilməyib, onları itirəcək.

4. Marşrutun real vaxt rejimində optimallaşdırılması

İnsan müdaxiləsi olmadan real vaxt rejimində marşrutun optimallaşdırılması texnologiyalarından istifadə edən avtonom çatdırılma sistemlərinin tətbiqi vasitəsilə süni intellekt çatdırılmanın səmərəliliyini artıra və daşıma xərclərini azalda bilər.

5. Anbarların avtomatlaşdırılması

"Kompüter görmə" avtomatlaşdırılmış anbarlarda geniş istifadə olunur. Bu texnologiya məhsulların identifikasiyasına və sistemləşdirməsinə imkan yaradır və gələcəkdə insan müdaxiləsi olmadan keyfiyyətə nəzarəti idarə etməyə kömək edəcəkdir. Bundan da savayı, təchizat zəncirinə bir neçə anbar daxildirsə, süni intellekt malların daşınmasının ən yaxşı yolunu müəyyən etmək üçün onları birləşdirə bilər. Kompüter görmə texnologiyasının köməyi ilə süni intellekt həm də zədələnmiş obyektləri tanıyır və zərərin növünü və dərinliyini qiymətləndirir ki, bu da gələcəkdə zərərin qarşısını almağa və müəyyən tədbirlər görməyə imkan verir.

6. Back-ofisin avtomatlaşdırılması

Hesab-faktura, elektron poçt emalı, planlaşdırma, kadrların idarə edilməsi və digər ofis əməliyyatları süni intellektin köməyi ilə sürətləndirilə və avtomatlaşdırıla bilər ki, bu da vaxta əhəmiyyətli dərəcədə qənaət edir.

 

Sonda qeyd edək ki, logistika dünyası yeni texnologiyaların, xüsusən də AI-nin istifadəsi ilə tamamilə transformasiya olunur. Süni intellektin tətbiqi bu sənayenin tərəqqisi üçün əsas amillərdən biridir. Süni intellekt logistika proseslərinin təkcə səmərəliliyini deyil, həm də dəqiqliyini artıraraq daha yüksək gəlirlilik göstəricilərinin təmin olunmasına imkan yaradır.

Oxumağa davam edin

March 14, 2023

Top-5 Ən Çətin Qeyri-Qabarit Yük

Ölçüləri daşınma zamanı müəyyən edilmiş normalardan artıq olan yüklər qeyri-qabarit yüklər sayılır. Bu səbəbdən belə yüklərin daşınması mürəkkəb, yalnız mütəxəssislərin kompleks yanaşması ilə həll olunan məsələdir.

Qeyri-qabarit yüklərin daşınmasında ən çətin 5-liyi təqdim edirik.

5. Yaşayış evləri və tarixi binalar

Bu kateqoriyaya aid olan obyektlərin nəqlinə bir çox səbəblərdən zərurət yaranır. Bunlarda, təbii fəlakət, yeni yerə köçmək, memarlıq abidəsini qorumaq kimi səbəblər ola bilər. Hazır konstruksiyaların daşınması bütövlükdə və ya sökülüb tral ilə həyata keçirilir. Bəzi ölkələr üçün, məsələn, ABŞ-ı götürək, evlərin daşınması adi, mexanizmi nizamlanmış bir işdir, hətta kifayət qədər gəlirli biznesdir. Tarixi binaların daşınması da qeyri-adi hal deyil. Ən son həyata keçən daşımalardan Danimarkada torpaq eroziyasına görə dağılma təhlükəsi ilə üzləşmiş Rubjerg-Knude mayakının (1899 il) köçürülməsidir.

4. Neft-qaz sənayesi üçün avadanlıq

Neft və qaz avadanlıqlarının daşınması zamanı yüklərin nəinki qabaritsiz ölçülərini, həmçinin böyük çəkilərini də nəzərə almaq lazımdır. Çox vaxt bu cür avadanlıq elektron cihazlar, sensorlar, monitorlar və digər quraşdırılmış mexanizmlər kimi kövrək hissələri ehtiva edir. Yanlış daşınma bu hissələrin zədələnməsinə və nəticədə bütün avadanlıqların sıradan çıxmasına səbəb ola bilər. Ona görə də həm nəqliyyat vasitəsinə, həm marşrut üzrə yol örtüyünə, həm yedəyə alınan yükə, həm də sürücünün özünün peşəkar keyfiyyətlərinə ciddi nəzarət etmək lazımdır. Neft və qaz avadanlıqlarının tədarükü üzrə beynəlxalq təcrübədə 2013-cü ildə "Spetstyajavtotrans» ŞQ daşıyıcısı tərəfindən Açinsk neft emalı zavodu üçün reaktorların daşınması uğurlu nümunədir. Sifarişin tərəfləri Ginnesin Rekordlar Kitabına namizəd olublar: Kitabın baş redaktoru quruda ən uzun məsafəyə (203 km) avtomobil yolu ilə daşınan ən ağır yük (1306 ton) üzrə rekorda imza atıb.

3. Neft emalı və poladtökmə zavodları üçün ağır sənaye avadanlığı

Ağır sənaye avadanlığı logistikada xüsusi haldır, çünki nə bəzən yüzlərlə tona çatan çəkisi, nə də ölçüləri və quruluşu standartlara cavab vermir. Bu yükləri adi qoşqulu yük maşını daşıya bilməz. Belə "qeyri-qabarit" hallarda mütəxəssislər çox dəstəkli platformalardan - ölçüsü böyük olmayan bütöv tökmə şinlər əsasında çoxtəkərli modullardan istifadə edirlər. Bir-birinə bağlanaraq, bu elementlər istənilən genişlikdə və uzunluqda (nəzəri olaraq) xüsusi qoşqu yarada bilər. Təbii ki, belə bir yüklə nəqliyyat sürətlə gedə bilməyəcək: marşrutun bəzi hissələrində sürət piyada sürətini aşmır. Həddindən artıq istiləşmənin qarşısını almaq üçün bu cür konstruksiyalarda transmissiyada güclü bir soyutma sisteminin olması nəzərə alınır.

2. Raketlərin daşınması

“Skalpel” tipli raketlər üçün nəhəng ölçülü mürəkkəb texniki xidmət avadanlığı lazım idi: istənilən mikroiqlimi saxlamaq üçün onun daşındığı xüsusi konteynerin çəkisi (25 ton) raketin öz çəkisinə (104 ton) əlavə edilirdi. Bundan da əlavə, mürəkkəb təhlükəsizlik şərtlərinə riayət etmək lazım idi, çünki raket yanacaqla doldurulmuş vəziyyətdə ölçülərinə uyğun hazırlanmış xüsusi izotermik vaqonda daşınmışdır.

1. Super traktorlar

Reytinqimizdə birinci yeri 1996-cı ilin yayında həyata keçirilmiş unikal daşıma tutur. Müəyyən bir kommersiya şirkəti 88 ton ağırlığında 40 metrlik gəzinti gəmisini əldə edib, ondan Naroçda üzən restoran tikməyi planlaşdırırdı. Ancaq bir problem üzə çıxdı: qayıq Berezina üzərində idi və Naroç gölü ilə heç bir əlaqəsi yox idi. Gələcək restoratorlar ilkin olaraq qitələrarası raketlərin daşınması üçün nəzərdə tutulmuş MAZ-7907 super-daşıyıcıların vasitəsilə qayığın nəqlini reallaşdırmağa müvəffəq oldular. Konveyerin sürəti təxminən 5-10 km/saat idi. 200 km-lik yol demək olar ki, beş gün çəkdi. İdeyanın unikallığına görə bu daşınmanı siyahımızın üst sətrinə yerləşdirdik: o zaman dünyada bu cür daşıma gücünə malik ikinci avadanlıq yox idi və mühəndislərin kreativliyi və qeyri-standart düşüncəsi birlikdə belə qeyri-adi həll yoluna gətirib çıxardı.

Alliance Logistics şirkəti olaraq qeyri-qabarit yüklərin daşımasında geniş təcrübə sayəsində bu sahədə etibarlı xidmətlər göstəririk.

Oxumağa davam edin

March 14, 2023

Logistika Ginnesin Rekordlar Kitabında

Dünyaca məşhur Ginnesin Rekordlar Kitabı həyatın müxtəlif sahələrindən ən qeyri-adi faktları qeydə alır. Bugünki logistika daşımalarının miqyasını nəzərə alsaq, logistika da istisna deyil.

 

Ən ağır yük

"Troll-A" simvolik adı ilə Norveç qaz hasilatı platforması insan tərəfindən yaradılmış, rəsmi olaraq Ginnesin rekordlar kitabına daxil edilmiş planetin ən böyük və ən ağır obyekti sayılır. Troll-A-nın ümumi hündürlüyü 472 metr, ballastla çəkisi 1,2 milyon tondur. Platforma dörd dirək üzərində dayanır, hər birinin ümumi hündürlüyü 369 metrdir ki, bu da Eyfel qülləsinin hündürlüyünü üstələyir. Yeri gəlmişkən, dirəklərdə hərəkət etmək üçün liftdən istifadə olunur və həmin liftin ən aşağı səviyyədən yuxarı qalxması 9 dəqiqə davam edir.

 

Ən böyük yük maşını

Dünyada ən böyük yük maşını fəxri adı Ginnesin rekordlar kitabı tərəfindən rəsmi olaraq Fransanın Nicolas Tractomas TR 10 × 10 D100 konserninin avtomobilinə verilib. Balastla birlikdə ümumi çəkisi 71 tondur. Nikolas 700 tona qədər çəkisi olan avtomobil qatarını çəkə bilir. Belə bir alışın qiyməti də ölçülərinə uyğundur – yük maşının qiyməti 800.000 avrodur. Bu avadanlıqdan cəmi 5 ədəd istehsal edilmişdir.

 

Ən böyük konteyner gəmisi

Öz kateqoriyasında ən böyük konteyner gəmisi olan Ever Alot, Çinin Hudong-Zhonghua Shipbuilding Group tərəfindən Şanxayda dizayn edilmiş 24.000 TEU tutumlu ilk gəmidir. Gəminin uzunluğu 399.9 metr, eni 61.5 metr, göyərtəsi 24 min kv.m., təxminən üç yarım futbol meydançası ölçüsündədir. Gəmi Uzaq Şərq-Avropa marşrutu üzrə xidmət üçün nəzərdə tutulub.

 

Ən böyük liman

Şanxay limanı 2019-cu ildə sinqapurlu həmkarından dünyanın ən böyük limanı adını miras alaraq dünyanın ən yüklənmiş limanları siyahısına başçılıq edir. Çin Xalq Respublikasında, Şanxay şəhərində yerləşən bu liman həm də 43 milyon TEU yük dövriyyəsi ilə ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Limanın əlverişli coğrafi mövqeyi həm dərin dəniz, həm də çay gəmilərini qəbul etməyə imkan verir. Əsasən, o, kömür, metal filizləri, neft və onun törəmələri, polad, maşın və tikinti avadanlığının toplu daşınmasını həyata keçirir.

Oxumağa davam edin
Bloqa keçin