Müxtəlif ölkələrin sərhədlərindən keçərək yükdaşıma zamanı logistika şirkətləri həm ölkədaxili, həm də beynəlxalq dərəcəli xüsusi problemlərlə, eləcə də qlobal rəqabət və bir neçə səviyyədə əlavə tələblərlə üzləşirlər. Ona görə də optimal həllərin işlənib hazırlanması, proses və strategiyaların təkamülünün önündə qalmaq, eləcə də ən son texnoloji yenilikləri tətbiq etmək beynəlxalq bazarda rifahın ilkin şərtləridir.
Analitik və ekspertlərin fikrincə, ən vacib məqamlar aşağıda qeyd olunanlardır:
Bu sahədə mövcud olan tələblər və prosedur qaydaları daim dəyişir və həm istehsalda, həm də məhsulların satışında ləngimələrin qarşısını almaq üçün beynəlxalq norma və qayda dəyişikliklərinə bələd olmaq zəruridir. Qaydaların müntəzəm olaraq nəzərdən keçirilməsi onların ixraca təsirini sıfıra endirir.
Unutmayın ki, bütün sənədlər həmişə qaydasında olmalıdır! Əvvəlki prinsipi təkrarlayaraq - qlobal çatdırılma üçün tələb olunan sənədləşmə işləri, beynəlxalq hüquq normaları üzrə son biliklərə malik olmamağınız maneəyə çevrilə bilər. Yanlış və ya natamam sənədlər göndərmə və icranı gecikdirir, ləğv edilmə və şirkətin işgüzar nüfuzuna xələl gətirmə riski yaradır.
İstər istehsalda, istərsə də malların paylanmasında beynəlxalq ticarət müqavilələrinin standartlarına və qaydalarına riayət etməklə Azad Ticarət Zonalarından istifadə biznesiniz üçün regional üstünlüyə nail olmağa kömək edir.
Beynəlxalq ticarət sistemində innovativ texnologiyalar yeni imkanlar açır və bu, danılmaz faktdır. Texnologiyalardan istifadə etməklə bəzi xərclər azalır ki, bu da öz növbəsində kommersiya fəaliyyətinin artmasına təkan verir. Burada söhbət nəqliyyat xərcləri, logistik xərclər, liman xidmətləri və gömrük rəsmiləşdirilməsi, lazımi məlumatların alınması üçün xərclər, tranzaksiya xərclərindən gedir. Parlaq bir nümunə kimi nəqliyyat xərclərini azaltmağa kömək edən süni intellekt və özünü idarə edən sürücülüyü göstərmək olar.
Təbii ki, burada mühüm məqam məhsul təklif etmək üçün bazar seçimi deyil, ona uyğunlaşmadır. Siz onu təhlil etməli, biznesinizə uyğun olub-olmadığını, bazara necə çıxmalı və ümumiyyətlə bunu etməyə dəyərmi – bu kimi məsələləri araşdırmalısınız.
Beynəlxalq ticarət mürəkkəb fəaliyyətdir, bu səbəbdən ixracatçı şirkətlər üçün öndə gedən prinsipləri nəzərə almaq, həmçinin bazarda payını artırmaq və yeni bazarları kəşf edib uğur qazanmaq üçün logistika xərclərinin azaldılmasından istifadə etmələri vacibdir.