Dəniz Nəqliyyatı ilə Yükdaşıma
Dəniz üzərindən hərəkət edən gəmilərin böyük yük tutumuna və minimum risklərə malik olması bu növ yükdaşıma xidmətini regionda ən çox tələb olunanlardan birinə çevirir.
Xəzəryanı ölkələrinin dəniz limanları ilə sıx əməkdaşlıq və düşünülmüş dəniz marşrutları sayəsində müştərilərimizə cəlbedici tariflər təklif edərək yüksək xidmət səviyyəmizi qoruyuruq. Dəniz daşımalarını dəmir yolu və avtomobil nəqliyyatı ilə birləşdirən həllərimiz yüklərinizi “qapıdan qapıya” çatdırmağa imkan yaradır.
Yük gəmilərimizin texniki avadanlıqları neft, neft məhsulları, kimyəvi məhsullar, mayeləşdirilmiş qaz, xammal, texnika, avtomobillər, heyvanlar və bir cox digər yükləri daşımağa imkan yaradır. Təhlükəli yüklərin dənizlə daşınması milli və beynəlxalq qaydalarla ciddi şəkildə tənzimlənir.
Yük ilə bacarıqlı davranaraq, peşəkar və daim inkişaf edən komandamız dəniz nəqliyyatı ilə yükdaşıma xidmətinin səviyyəsini yeni, daha yüksək səviyyəyə qaldırır və yüklərinizin təhlükəsizliyinə görə sizə tam əminlik və rahatlıq hissi bəxş edir.
Yükləri məharətlə idarə edən peşəkar və daim inkişaf edən komandamız yükləriniz üçün tam inam və rahatlığı təmin edən yeni, daha yüksək səviyyəli dəniz daşıma xidmətlərini təqdim edir.