Logistika Ginnesin Rekordlar Kitabında
Dünyaca məşhur Ginnesin Rekordlar Kitabı həyatın müxtəlif sahələrindən ən qeyri-adi faktları qeydə alır. Bugünki logistika daşımalarının miqyasını nəzərə alsaq, logistika da istisna deyil.
Ən ağır yük
"Troll-A" simvolik adı ilə Norveç qaz hasilatı platforması insan tərəfindən yaradılmış, rəsmi olaraq Ginnesin rekordlar kitabına daxil edilmiş planetin ən böyük və ən ağır obyekti sayılır. Troll-A-nın ümumi hündürlüyü 472 metr, ballastla çəkisi 1,2 milyon tondur. Platforma dörd dirək üzərində dayanır, hər birinin ümumi hündürlüyü 369 metrdir ki, bu da Eyfel qülləsinin hündürlüyünü üstələyir. Yeri gəlmişkən, dirəklərdə hərəkət etmək üçün liftdən istifadə olunur və həmin liftin ən aşağı səviyyədən yuxarı qalxması 9 dəqiqə davam edir.
Ən böyük yük maşını
Dünyada ən böyük yük maşını fəxri adı Ginnesin rekordlar kitabı tərəfindən rəsmi olaraq Fransanın Nicolas Tractomas TR 10 × 10 D100 konserninin avtomobilinə verilib. Balastla birlikdə ümumi çəkisi 71 tondur. Nikolas 700 tona qədər çəkisi olan avtomobil qatarını çəkə bilir. Belə bir alışın qiyməti də ölçülərinə uyğundur – yük maşının qiyməti 800.000 avrodur. Bu avadanlıqdan cəmi 5 ədəd istehsal edilmişdir.
Ən böyük konteyner gəmisi
Öz kateqoriyasında ən böyük konteyner gəmisi olan Ever Alot, Çinin Hudong-Zhonghua Shipbuilding Group tərəfindən Şanxayda dizayn edilmiş 24.000 TEU tutumlu ilk gəmidir. Gəminin uzunluğu 399.9 metr, eni 61.5 metr, göyərtəsi 24 min kv.m., təxminən üç yarım futbol meydançası ölçüsündədir. Gəmi Uzaq Şərq-Avropa marşrutu üzrə xidmət üçün nəzərdə tutulub.
Ən böyük liman
Şanxay limanı 2019-cu ildə sinqapurlu həmkarından dünyanın ən böyük limanı adını miras alaraq dünyanın ən yüklənmiş limanları siyahısına başçılıq edir. Çin Xalq Respublikasında, Şanxay şəhərində yerləşən bu liman həm də 43 milyon TEU yük dövriyyəsi ilə ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Limanın əlverişli coğrafi mövqeyi həm dərin dəniz, həm də çay gəmilərini qəbul etməyə imkan verir. Əsasən, o, kömür, metal filizləri, neft və onun törəmələri, polad, maşın və tikinti avadanlığının toplu daşınmasını həyata keçirir.